Stalinlə “Real”ın futbolçusunun inanılmaz bağlılığı - FOTOLAR
Bizi izləyin

İdman

Stalinlə “Real”ın futbolçusunun inanılmaz bağlılığı - FOTOLAR

Dünya futbolunun ulduzları daim mətbuatın diqqət mərkəzində olurlar. Jurnalistlər futbol ulduzları ilə bağlı ən xırda məqamları belə diqqətdə saxlayırlar. Özü də təkcə onlar barədə məlumat verməklə kifayətlənmirlər. Həm də müqayisə edirlər. Kimlərlə? Kimlərlə etmirlər ki? Aktyorlarla, müğənnilərlə, sadə azarkeşlərlə. Hətta heyvanlarla belə.

Publika.az-da dünya futbolunun ulduzlarının oxşarları barədə bir neçə dəfə oxuculara maraqlı şəkillər təqdim etmişik. Bu dəfə isə yaşıl meydanın oyunçularını siyasət meydanının oyunçuları ilə müqayisə etmişik. İnanılmaz oxşarlar var futbolçularla siyasətçilər arasında. Əslində elə futbol da bir siyasətdir. 90 dəqiqə meydanda olduğun müddətdə rəqibə qalib gəlməlisən. Hansı yolla olur-olsun. Lap kələk gəlmək bahasına olsa belə. İndi futbolda rəqibi təxribata çəkmək, simulyasiya etmək qəbahət sayılmır. Bunu qələbə istəyi kimi dəyərləndirirlər. Eynən siyasətdə olduğu kimi.

Buyurun, futbol meydanındakı oyunçuların siyasət meydanındakı oxşarlarına baxın. Oxşarlıq öz yerində, amma onların özlərinə aid meydandakı oyun keyfiyyətini müqayisə etməkdə də tam sərbəstsiz.

Gənc Gennadi Züqanov - İqor Denisov

Miron Markeviç - Pyotr Poroşenko

Oleq Tsarev - Oliver Kan

Lotar Matteus - Karl Quttenberq

Gənc İosif Stalin - Serxio Ramos

Robert Şleqel - Bastian Şvanştayger

İlya Ponomaryov - Aleksandr Kerjakov

Mixail Proxorov - Emir Spahiç

Vasiliy Şandıbin - Yan Koller

Oxumağa davam et
Reklam
Reklam

Gündəm