• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Rudar”ın baş məşqçisi: “Qarabağ”ın büdcəsi bizimkindən 100 dəfə çoxdur”

  • İdman
  • 30 İyun 2015 16:16
  • 463 Baxış
“Rudar”ın baş məşqçisi: “Qarabağ”ın büdcəsi bizimkindən 100 dəfə çoxdur”

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Monteneqro "Rudar"ı təlim-məşq toplanışını Serbiyada keçəcək.

Publika.az xəbər verir ki, toplanışın keçiriləcəyi Kuçevoya yola düşən Monteneqro təmsilçisi iki həftəlik toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq.

“Rudar”ın baş məşqçisi Mirko Mariç səfər öncəsi açıqlamasında bildirib ki, cütün favoriti "Qarabağ" klubudur:

"Qarabağ"ın büdcəsi, demək olar ki, bizimkindən 100 dəfə çoxdur. Yavaş-yavaş rəqibimizi tanıyırıq. Onların heyətində 15 əcnəbi futbolçu var. Lakin biz əvvəllər gözlənilmədən rəqiblərimizi məğlub etmişik".

Baş məşqçi M.Mariç toplanışda iştirak edəcək futbolçuların adlarını da açıqlayıb:

Miloş Radanoviç, Milan Yelovaç, Marko Lazareviç, Deyan Damyanoviç, Nikola Sekuliç, Zelyko Tomaşeviç, Nikola Qaçeviç, Marko Vukoviç, Vladan Qordiç, Miliya Qoluboviç, Dorde Duriç, Duşan Nestoroviç, Predraq Brnoviç, İqor İvanoviç, Nedelko Vlaoviç, Ryota Noma, Adi Bamur, Stevan Relyiç, İvan Knejeviç, Radule Jivkoviç, Miroye Yovanoviç, Mirko Radisiç, Denis Sopo, Denis Haciosmanoviç, Miloş Zeçeviç.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR