Qran-pri yollarının hazırlanmasına gələn həftə başlanacaq – Azərbaycanda
Bizi izləyin

İdman

Qran-pri yollarının hazırlanmasına gələn həftə başlanacaq – Azərbaycanda

“Azərbaycanda Avropa Qran-pri yarışlarının keçirilməsi üçün yolun hazırlanması işləri gələn həftə başlayacaq”.

Publika.az xəbər verir ki, bunu Formula-1 yarışlarının keçiriləcəyi trassların layihə rəhbəri German Tilke deyib.

"Biz yolun layihələndirmə işlərini başa çatdırmışıq, lakin Bakıda keçirilən Avropa Oyunlarına görə işlərə başlaya bilmirdik. Əlbəttə, onlar Oyunların getdiyi bir vaxtda şəhərdə böyük tikinti işlərinin aparılmasını istəmədilər", - Tilke bildirib.

G.Tilkenin sözlərinə görə, işçilər bir sıra xırda işləri görməlidirlər: "Lakin məhz belə xırda məqamlar son nəticədə böyük və bütöv bir obyektin yaranmasına gətirib çıxarır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm