I Avropa Oyunlarında qazanılan 56 medaldan 16-sı "Neftçi" idman klubunun payına düşür
Bizi izləyin

İdman

I Avropa Oyunlarında qazanılan 56 medaldan 16-sı "Neftçi" idman klubunun payına düşür

Birinci Avropa Oyunlarında qazanılan 56 medaldan 16-sı "Neftçi" idman klubunun nümayəndələrinin payına düşür.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Məlumata görə, güləşçilər Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov, taekvondoçu Ayxan Tağızadə, boksçu Pərviz Bağırov və cüdoçu İlham Zəkiyev çempion olublar.

Samboçular Nəzakət Xəlilova, İslam Qasımov, cüdoçu Orxan Səfərov, qılıncoynadan Sevil Bünyadova, cüdoçu Səbinə Abdullayeva gümüş, güləşçilər Elman Muxtarov, Həsən Əliyev, qılıncoynadan Sevinc Bünyadova və cüdoçu Zakir Mislimov bürünc medal qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm