Borc batağında olan klub 26 futbolçunu birdən satır
Bizi izləyin

İdman

Borc batağında olan klub 26 futbolçunu birdən satır

Borc batağında olan klub 26 futbolçunu birdən satır

Premyer Liqaya çıxmağa çalışan "Queens Park Reyncers" çətin vəziyyətdədir. Belə ki, klubun hazırda 177 milyon funt-sterlinq borcu var.

Publika.Az xəbər very ki, rəhbərlik vəziyyətdən çıxış yolunu 26 futbolçunu transferə çıxarmaqda görüb. Bu futbolçular ya mövsümün sonunda satılacaq, ya da daha az maaşla komandada saxlanılacaq.

Bu qərardan sonra maaşı yüksək olan Şaun Vriqt-Fillips, Jermaine Jenas, Robert Qrin, Aaron Haqes, Riçard Dunne və Bobbi Zamora kimi futbolçuların komandanı tərk edəcəyi iddiaları ortaya atılıb.

Eyni zamanda başqa kulblara icarəyə verilmiş Loik Remi, Adel Taarabt, Stepan Mbia, Esteban Qranero, Samba Diakite və Cesar kimi oyunçuların da satılmasına qərar verilib.

Qeyd edək ki, klubu 2011-ci ildən klubun sahibi olan Toni Fernandes etdiyi önəmli transferlərə baxmayaraq komandanın Premyer Liqanı tərk etməsinin və borclarının azalmasının qarşısını kəsə bilməyib.

“Queens Park Reyncers”in borcları ötən il 86 milyon funt-sterlinq artaraq 177 milyona çatıb. Futbolçulara ödənən maaşın məbləği isə 58 milyondan 78 milyon funt-sterlinqə qalxıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm