AMPK paralimpiyaçılarımızı mükafatlandırdı - FOTOLAR
Bizi izləyin

İdman

AMPK paralimpiyaçılarımızı mükafatlandırdı - FOTOLAR

Azərbaycan Milli Paralimpiya Komitəsi Avropa Oyunlarının yekunu ilə bağlı iclas keçirib.

Publika.az xəbər verir ki, iclasda AMPK-nin prezidenti İlqar Rəhimov çıxış edib. Komitə rəhbəri Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına toxunub. İ.Rəhimov mötəbər yarışda fiziki məhdudiyyətli insanlar üçün yaradılan şəraitin mükəmməlliyindən də danışıb:

"Doğrudan da, sevindirici haldır ki, bütün idman arenalarında fiziki məhdudiyyətli şəxslər üçün beynəlxalq standartlara uyğun şərait yaradılmışdı. Onlar böyük həvəslə bütün yarışlarda tamaşaçı qismində əyləşiblər.

İdmançılarımızın da uğurlu çıxışı bizi sevindirdi. Oyunlar zamanı ölkə başçısı cənab İlham Əliyevin və Bakı 2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva idmançılara xüsusi diqqət yetirirdilər. Onlara təşəkkürümüzü bildiririk. Bu Oyunlar komitəmiz üçün önəm daşıyırdı. İdmançılarımız komitə tərəfindən qarşıya qoyulmuş tapşırığı layiqincə yerinə yetirdilər".

Komitənin cüdo üzrə baş məşqçisi İbrahim İbrahimov iclasda çıxış edərək dayanmadıqlarını, növbəti yarışlara hazırlaşdıqlarını, əsas da Rio-de-Janeyro Paralimpiya Oyunlarını düşündüklərini deyib:

“Çətin günlər arxada qaldı. Başda komitəmizin prezidenti olmaqla, bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Dediyimiz kimi də oldu, idmançılarımız 3 medal (1 qızıl, 1 gümüş, 1bürünc) qazandı. Biz dayanmırıq, məşqləri davam etdiririk. Yarışlarımız var. Artıq 5 idmançımız Paralimpiya Oyunlarına lisenziya alıb".

İlham Zəkiyev də çıxış edərək onlara dəstək olan hər kəsə, komitə rəhbərliyinə təşəkkürünü bildirib. Zakir Mislimov (bürünc medal) və Səbinə Abdullayeva (gümüş medal) azarkeş dəstəyinə görə təşəkkürünü bildirib.

Paralimpiyaçıların təltif və mükafatlarını komitənin prezidenti İlqar Rəhimov təqdim edib.

İlham Zəkiyev (qızıl) Milli Paralimpiya Komitəsinin "Paralimpiya medalı" ilə, Səbinə Abdullayeva (gümüş), Zakir Mislimov, baş məşqçi İbrahim İbrahimov, Elxan Rəcəbli (İ.Zəkiyevin şəxsi məşqçisi), Yangibar Əliyev (Səbinənin şəxsi məşqçisi), Pərviz Baratov (Zakir Müslümovun məşqçisi) AMPK-nin Fəxri fərmanı ilə təlfif olunublar.

Bakı 2015 I Avropa Oyunlarının hazırlanıb keçirilməsində fəal iştirakına görə, AMPK-nin şöbə müdürü Kamal Məmmədov, hakim Fariz Hüseynov, AMPK-nin mütəxəssisi İlham Məhərrəmov milli paralimiya komitəsinin diplomu ilə təltif olunublar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm