• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İdman naziri: “Azərbaycan dünyaya qüdrətini nümayiş etdirə bildi”

  • İdman
  • 2 İyul 2015 11:32
  • 255 Baxış
İdman naziri: “Azərbaycan dünyaya qüdrətini nümayiş etdirə bildi”

İlk Avropa Oyunlarının yekunlarıyla bağlı “Azərbaycan” qəzetinə müsahibə verən gənclər və idman naziri Azad Rəhimov layihələrin necə hazırlanmasından danışıb:

“Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimi həqiqətən möhtəşəm oldu. Azərbaycan öz tarixini, mədəniyyətini, incəsənətini, tolerantlığını, qonaqpərvərliyini və idman tarixini dünyaya nümayiş etdirdi. İnanırıq ki, hələ uzun müddət Azərbaycanın bu uğuru ilə bağlı müzakirələr aparılacaq. Bu mərasimlərə cəlb olunan əcnəbi mütəxəssislərin hazırladıqları bütün layihələrə Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva nəzarət edirdi. Həmin mütəxəssislər müxtəlif layihələri, ideyaları təqdim etməmişdən öncə uzun müddət kitabxanalarımızda, muzeylərimizdə oldular, tarixi abidələrimizi ziyarət edib milli musiqilərimizi dinlədilər. İlk günlər onlar Qara Qarayevin, Fikrət Əmirovun kompozisiyalarını dinləyirdilər. Bakıda bütün mədəniyyət ocaqlarımıza baş çəkib özləri üçün faktlar toplayırdılar.

Sonra isə ideyalarını hazırlayıb Mehriban xanım Əliyevaya təqdim edirdilər. Təşkilat Komitəsinin rəhbəri öz əlavələrini, düzəlişlərini edirdi və ondan sonra səhnələr hazırlanırdı. Əminik ki, nümayiş olunan bütün səhnələr, şoular xalqımızın ürəyincə olub. Bir sözlə həm açılış, həm bağlanış mərasimi ilə Azərbaycan dünyaya öz gücünü, qüdrətini nümayiş etdirə bildi”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR