Çunayev: “Qızıl medal verməli idik”
Bizi izləyin

İdman

Çunayev: “Qızıl medal verməli idik”

Avropa Oyunlarında yunan-Roma güləşində 71 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev Avropa Oyunlarının mükəmməl səviyyədə təşkil olunduğunu deyib.

Publika.az-a danışan qızıl medalçı təşkilatçılığa görə öz təşəkkürünü də bildirib:

“Avropa Oyunlarında bizim üçün gözəl şərait yaradılmışdı. Biz də yaradılan şəraitə görə uğurlu çıxış etməyə borclu idik. Bu cür təşkilatçılığa görə qızıl medal verməli idik. Prezident mənim boynumdan medal asanda da dedim ki, bu cür yarışa qızıl lazım idi. Bir daha Avropa Oyunlarının bu cür mükəmməl təşkilinə, yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə və ölkənin I xanımı Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm”.

Çunayev qarşıda onu gözləyən yarış barədə də məlumat verib:

“Qarşıda bizi dünya çempionatı gözləyir. Sentyabrda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək. Həmin yarış Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Orada da bu nəticəni təkrarlamağa çalışacam”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm