“Playboy” ulduzu məşhur futbolçunu döydü - FOTO
Bizi izləyin

İdman

“Playboy” ulduzu məşhur futbolçunu döydü - FOTO

İngiltərə yığmasının keçmiş futbolçusu, hazırda “Roma”da çıxış edən Eşli Koul döyülüb.

Publika.az xəbər verir ki, hadisə Londonun gecə klublarından birində baş verib. Maraqlıdır ki, futbolçunu döyən şəxs “Playboy” ulduzudur. “Playboy” modeli Karla Xounun zərbəsindən sonra Koulun dodağı partlayıb. Məlumata görə, modelin barmağında böyük üzük olub. Futbolçunun zədəsi də məhz üzüyə görə yaranıb.

Futbolçunun dodağına modelin barmağında üzük olan əli tuş gəlib. Daha bir maraqlı məqam odur ki, Koul beş il əvvəl Xounun əkiz bacısı Melissiylə görüşürmüş. Xou baş vermiş hadisəni belə şərh edib:

“Eşli klubda məni izləyirdi. O, mənə yaxınlaşıb ordan rədd olub getməyimi tələb etdi. Mən də məcbur olub üç dəfə ona zərbə vurdum. Eşli qışqırırdı, ancaq məni saxlamağa kimsə cəsarət etmirdi. Bunu bacıma görə etdim. Onun Eşliyə çoxlu sualları var. O, hesab edir ki, qadınla hər cür rəftar edə bilər. Əvvəlcə elə bildim ki, onu bərk vurmamışam. Amma sonra dostum dedi ki, Eşli danışa bilmirmiş”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm