Devid Bekhemin yeni döyməsi fanatlarını şoka saldı – FOTO
Bizi izləyin

İdman

Devid Bekhemin yeni döyməsi fanatlarını şoka saldı – FOTO

Məşhur futbolçu Devid Bekhemin yeni döyməsi hər kəsi təəccübləndirib.

Publika.az xəbər verir ki, ulduz qızı Harperin xahişi ilə belinə “Yaramaz mən” (“Despicable me”) adlı məşhur animasiya filmindəki “minion”lardan birinin döyməsini etdirib.

Futbolçunun həyat yoldaşı, model və dizayner Viktoriya Bekhem ərinin yeni döyməsinin fotosunu “İnstaqram”da paylaşıb.

Həmin fotoya Devid Bekhemin fanatlarından müxtəlif reaksiyalar gəlib. Şəklin altına şərh yazanlardan bəziləri “minion” döyməsinin futbolçunun imicinə və xarizmasına xələl gətirdiyini iddia ediblər. Ulduzun qadın fanatları isə qızı üçün bu addımı adan Devidi “möhtəşəm insan, mükəmməl ata” kimi qiymətləndiriblər.

Qeyd edək ki, Devid Bekhemin bədənində ümumilikdə 30-a yaxın döymə var. Ulduz futbolçu bu günə kimi bədəninə müxtəlif mələk fiqurları, Roma rəqəmləri, uşaqlarının adlarını, həyat yoldaşı Viktoriya Bekhemin şəklini döydürüb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm