"Laçi" - "İnter" - 1:1
Bizi izləyin

İdman

"Laçi" - "İnter" - 1:1

Bakının “İnter” futbol komandası UEFA Avropa Liqası yarışlarının birinci mərhələsində ilk görüşünü heç-heçə başa vurub.

Bakı təmsilçisi iyunun 2-də Albaniyanın Lac şəhərindəki eyni adlı stadionda yerli “Laçi” klubunun qonağı olub.

İspaniyalı baş hakim Karlos Del Kerronun idarə etdiyi oyunun 20-ci dəqiqəsində “Laçi”nin futbolçusu Sequn Adeniyinin vurduğu top qapı tirinə dəyib geri qayıtsa da, komanda yoldaşı Aqim Meto hücumu qolla tamamlayıb. Görüşün ilk hissəsi “Laçi”nin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəyə fəal başlayan "İnter"in futbolçuları matçın 47-ci dəqiqəsində rəqib qapısında yol tapıblar. Nika Kvekveskirinin dəqiq zərbəsi hesaba tarazlıq gətirib - 1:1. Oyunun sonunadək hər iki tərəf qol vurmağa cəhd etsə də, top qapıdan keçməyib.

Beləliklə, görüş 1:1 hesablı heç-heç ilə yekunlaşıb.

Komandaların cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm