• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qızıl top”a namizədlərin adları açıqlandı

  • İdman
  • 3 İyul 2015 20:18
  • 415 Baxış
“Qızıl top”a namizədlərin adları açıqlandı

Planetin ən yaxşı qadın futbolçusuna təqdim olunan "Qızıl top" mükafatına namizədlər bəlli olub.

Publika.az xəbər verir ki, namizədlər Kanadada keçirilən dünya çempionatının nəticələrinə görə müəyyənləşib. "Qızıl top"u almağa səkkiz qadın futbolçu namizəddir. Onlardan üçü ABŞ yığmasının üzvüdür.

Namizədləri təqdim edirik: Karli Lloyd (ABŞ), Meqan Repino (ABŞ), Culi Conston (ABŞ), Aya Miyama (Yaponiya), Saori Ariyosi (Yaponiya), Seli Saşiç (Almaniya), Lyusi Brounz (İngiltərə), Amandin Anri (Fransa).

Qadınların dünya çempionatının finalında Yaponiya və ABŞ qarşılaşacaq. Üçüncü yer uğrunda mübarizədə isə Almaniya ilə İngiltərə üz-üzə gələcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR