Velosipedçimiz "Giro d'Italia"da mübarizəyə başlayır
Bizi izləyin

İdman

Velosipedçimiz "Giro d'Italia"da mübarizəyə başlayır

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü, Bakı-2015 İlk Avropa Oyunlarının fərdi ötüşmə yarışında 6-cı yeri tutmuş Yelena Pavluxina bu gün daha bir önəmli yarışda mübarizəyə başlayır.

Publika.az xəbər verir ki, Sloveniyanın "Lyublyana" klubunun da şərəfini qoruyan Azərbaycan çempionu öz komandasının heyətində nüfuzlu "Giro d'Italia" yarışında iştirak edəcək.

Yarışın proqramına əsasən, qadınlardan ibarət 19 komanda 10 gün ərzində 887 km məsafə qət edəcək. Nüfuzlu yarışın 2 km-dən ibarət başlanğıc hissəsi bu gün Sloveniyanın paytaxtı Lyublyanada start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm