İdman
Azərbaycan velosipedçiləri Çində yarışacaqlar - FOTOLAR
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" iyulun 5-də Çində start götürəcək sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edəcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Publika.az-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edəcək ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub var.
Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunacaq. Bunlar Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Markus Eybeger, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçdir.
Bu gün iştirakçı komandaların təqdimat mərasimi keçirilib. Yarışın proqramına əsasən, sabah Sinin şəhərinin küçələrində baş tutacaq ilk mərhələdə iştirakçılar 121 km məsafə qət edəcəklər.
13 mərhələdən ibarət "Tour de Qinghai Lake" yürüşünə iyulun 18-də yekun vurulacaq.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO