Cənubi Amerikanın ən güclü komandası Çilidir – FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

Cənubi Amerikanın ən güclü komandası Çilidir – FOTOLAR/VİDEO

Çilidə təşkil olunan futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, finalda Çili yığması ilə Argentina üz-üzə gəlib.

Görüşün əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasını isə daha dəqiq yerinə yetirən Çili millisi qazandığı 4:1 hesablı qələbə sayəsində tarixində ilk dəfə Amerika Kubokuna sahib çıxıb.

Argentina yığması isə Qonsalo İquain və Ever Baneqanın penaltiləri dəqiq yerinə yetirə bilməməsi səbəbindən növbəti dəfə final matçından məğlub ayrılıb. Daha öncə Lionel Messi və komanda yoldaşları DÇ-2014-ün finalında Almaniyaya əlavə vaxtda buraxılan qolla uduzmuşdu - 0:1.

Qeyd edək ki, Çili millisi bu qələbə sayəsində həm də 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokuna vəsiqə qazanıb. Bürünc medala isə 3-cü yer uğrunda görüşdə Paraqvayı 2:0 hesabı ilə yenən Peru yığması sahib çıxıb.

Argentina isə bugünə qədər 14 dəfə yiyələndiyi kuboku 15-ci dəfə qazanaraq bu sahədə rekorda imza atmış Uruqvaya çatmaq imkanını əldən verib. Maradonanın həmvətənləri analoji kuboku sonuncu dəfə 22 il əvvəl qazanıb.

Amerika kuboku, final

5 iyul

Çili - Argentina 0:0, p-4:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm