“Rudar” – “Qarabağ” matçının vaxtı məlum oldu
Bizi izləyin

İdman

“Rudar” – “Qarabağ” matçının vaxtı məlum oldu

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Rudar”la cavab oyununun vaxtı bəlli olub.

Publika.az xəbər verir ki, “Köhlən atlar” Monteneqro klubuyla cavab oyununa iyulun 22-də, Bakı vaxtıyla saat 23:45-də çıxacaq.

Matç Petrovaç şəhərinin 1500 tamaşaçı tutumuna malik “Pod Malim Brdom” stadionunda baş tutacaq.

Bu komandalar arasında ilk oyun iyulun 15-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm