ABŞ Yaponiyadan qisasını aldı
Bizi izləyin

İdman

ABŞ Yaponiyadan qisasını aldı

Kanadada təşkil edilən qadınlar arasında futbol üzrə dünya çempionatına yekun vurulub.

Publika.az xəbər verir ki, həlledici görüşdə ABŞ və Yaponiya milliləri üz-üzə gəlib. Qarşılaşma amerikalı futbolçuların üstünlüyü şəraitində keçib. Amerikalıların oyundakı üstünlüyü hesabda da öz əksini tapıb - 5:2.

Bununla da, amerikalılar yaponlardan 4 il öncəki məğlubiyyətin qisasını alıb. Belə ki, 2011-ci ildə Almaniyada təşkil edilmiş dünya çempionatının finalında yaponlar məhz ABŞ millisini oyunsonrası penalti zərbələrində məğlub edərək, tarixlərindəki ilk çempionluğu qazanmışdılar.

Bu kubok amerikalı qadınların tarixi ərzində qazandıqları 3-cü çempionluqdur. Bu cəhətdən ABŞ millisi liderdir.

Qadınlar arasında dünya çempionatı, final

6 iyul

ABŞ - Yaponiya 5:2

Lloyd, 3; 5; 16. Holidey, 14. Hez, 54 - Oqimi, 27. Conston, 52.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm