• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Neftçi"dən ayrılan qapıçı müğənniylə evlənir - FOTOLAR

  • İdman
  • 6 İyul 2015 15:02
  • 1 561 Baxış
"Neftçi"dən ayrılan qapıçı müğənniylə evlənir - FOTOLAR

"Neftçi"dən ayrılaraq Moldovanın "Şerif" klubuna keçən Saşa Stamenkoviç subaylığın daşını atmağa hazırlaşır.

Publika.az xarici mətbuata istinadən хəbər verir ki, serb qapıçı 2011-ci ildən birgə yaşadığı müğənni Silviya Nedelkoviçlə ailə həyatı qurur.

Cütlüyün toyu sentyabrda olacaq. Mərasim Serbiyanın paytaxtı Belqraddakı restoranların birində baş tutacaq.

Qeyd edək ki, Nedelkoviç "Qrand" qrupunun solisti olsa da, uzun müddət səhnədən uzaq qalıb. O, Stamenkoviçlə birgə Bakıda yaşayıb. Hazırda isə cütlük Belqraddadır və toya hazırlaşır. Nikahdan sonra Silviya mahnı yazaraq, səhnəyə qayıtmağı düşünür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR