FİFA Asiya millisini cəzalandırdı
Bizi izləyin

İdman

FİFA Asiya millisini cəzalandırdı

Yəmən millisi FİFA tərəfindən cəzalandırılıb.

Publika.az xəbər verir ki, buna ərəblərin DÇ-2018-in seçmə mərhələsinin Şimali Koreyayla ev matçında meydana cəzalı oyunçunu buraxması səbəb olub.

Belə ki, dünyanın ali futbol qurumu Mudir Əli Əl Radainin cəzalı halda meydana buraxılmasına görə Yəmən millisinə 0:3 hesablı texniki məğlubiyyət verib. Əlavə olaraq, Yəmən Futbol Federasiyası 6 min İsveçrə frankı cərimə olunub.

İyunun 11-də Yəməndə baş tutmuş oyunda ərəblər koreyalılara minimal hesabla məğlub olmuşdu - 0:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm