Braziliyalı futbolçular rəmzi yığmaya düşmədi
Bizi izləyin

İdman

Braziliyalı futbolçular rəmzi yığmaya düşmədi

Meydan sahibi Çilinin qələbəsiylə yekunlaşan Amerika kuboku – 2015-in rəmzi yığması açıqlanıb.

Publika.az xəbər verir ki, simvolik komandada 4 millinin futbolçularına yer verilib. Ən güclülərin “11-liy”ində çempion komandanın üzvləri üstünlük təşkil edir (5). Çili rəmzi yığmada həmçinin baş məşqçi Xorxe Sampaoliylə də təmsil olunub.

Finalda məğlub olan Argentinanın 3, turnirin bürünc medalçısı Perunun 2, Kolumbiyanın isə cəmi 1 futbolçusu simvolik komandada yer alıb.

Turnirdən öncə favoritlərdən olmasına baxmayaraq, 1/4 finalda Paraqvaya uduzaraq mübarizəni dayandıran Braziliya millisi simvolik komandada təmsil olunmayıb.

Amerika kuboku – 2015-in rəmzi komandası

Qapıçı: Klaudio Bravo (Çili);

Müdafiəçilər: Ceyson Murilo (Kolumbiya), Qari Medel (Çili), Nikolas Otamendi (Argentina);

Yarımmüdafiəçilər: Kristian Kueva (Peru), Marselo Dias (Çili), Xavyer Maskerano (Argentina), Arturo Vidal (Çili);

Hücumçular: Eduardo Varqas (Çili), Paolo Qerrero (Peru), Lionel Messi (Argentina);

Baş məşqçi: Xorxe Sampaoli (Çili).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm