“Qalatasaray”ın yeni prezidenti: “Messi və Neymarı da gətirəcəyik”
Bizi izləyin

İdman

“Qalatasaray”ın yeni prezidenti: “Messi və Neymarı da gətirəcəyik”

“Hazırda dünyanın öndə gedən iki milli komandasının 10 nömrəli ulduz futbolçuları bizdədir. Qarşıdan gələn zamanlarda Messi və Neymarı da “Qalatasaray”a gətirə bilərik”.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri “Qalatasaray” futbol klubunun yeni prezidenti Dursun Özbək bəyan edib.

Onun sözlərinə görə, “Qalatasaray”da transferlər texniki heyətin tələbləri çərçivəsində reallaşdırılır:

“Hazırda tələb olunan mövqe oyunçularımız var. Bütün ildə isə dünyadakı futbolçuları yaxından izləyirik, hər futbolçunun göstərici statistikası ilə tanış oluruq. Ehtiyac olanda isə ən keyfiyyətli futbolçuları transfer etməyi düşünürük. Şübhəsiz ki, ehtiyac olan kimi yaxın gələcəkdə dünyanın ulduz futbolçularını “Qalatasaray”a transfer etmək barədə danışıqlar aparacağıq. Bunların arasında ulduz futbolçular da olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm