Velosiped yarışında 30 idmançı yaralandı - VİDEO
Bizi izləyin

İdman

Velosiped yarışında 30 idmançı yaralandı - VİDEO

Velosiped üzrə dünyada ən nüfuzlu yarışlardan olan “Tur de Frans”ın üçüncü turunda qəza baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, velosipedlərin yararsız hala düşdüyü qəzada 30-a yaxın idmançı yaralanıb.

Yarışın tamamlanmasına təxminən 60 kilometr qalmış əsas qrupda olan Vilyam Bonnet idarəetməni itirərək yıxılıb. Nəticədə zəncirvari qəza baş verib. Velosipedçilərdən bir neçəsi yarışda iştirakını dayandırmaq məcburiyyətində qalıb.

İyirmi bir mərhələdən ibarət olan 3 min 360 kilometrlik “Tur de Frans” 26 iyulda Fransanın paytaxtı Parisdə başa çatacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm