Ulduz futbolçu müsəlman oldu
Bizi izləyin

İdman

Ulduz futbolçu müsəlman oldu

İngiltərənin “Tottenhem Hotspur” klubunun toqolu ulduz futbolçusu Emmanuel Adebayor ölkəsində keçirilən bir tədbirdə şəhadət gətirərək müsəlman olub.

Axar.az xəbər verir ki, hər il transfer mövsümlərində Türkiyə klubları ilə adı çəkilən və qarşıdakı mövsümdə hansı komandada forma geyəcəyi hələ dəqiqləşməyən 31 yaşlı futbolçunun kəlmeyi-şəhadət gətirərək müsəlman olması həvəskar kamera ilə lentə alınıb.

Adebayorun müsəlman olması “Tottenhem Hotspur”un tərəfdarları arasında da əks-səda yaradıb.

Xatırladaq ki, 2000-ci ildən bəri formasını geydiyi Toqo Milli Komandasında 63 qarşılaşmada 29 qol vuran Adebayor “Metz”, “Monako”, “Arsenal”, “Mançester Siti” və “Real Madrid” klublarında oynayıb. 2012-ci ildə “Tottenhem Hotspur”a transfer edilib. 2008-ci ildə Afrikada ilin futbolçusu seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm