Mirkamil Rəhimov: “Əcnəbi idmançılarsız rəqabət olmur”
Bizi izləyin

İdman

Mirkamil Rəhimov: “Əcnəbi idmançılarsız rəqabət olmur”

Bakı 2015 I Avropa Oyunlarında medal qazanan karateçilərlə keçirilən görüşdə legioner məsələsinə də toxunulub.

Publika.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Mirkamil Rəhimov bu məsələylə yanaşı, Azərbaycanın daim inkişafda olduğunu da bildirib:

“Bizdən sonra hər hansı ölkə Avropa Oyunlarını keçirərsə, bu, bizim standrtlara uyğunlaşmalıdır. Olimpiya Oyunlarının da öz standartı var. Azərbaycan isə Avropa Oyunlarının standartını müəyyənləşdirdi. Artıq bir neçə ölkə bu Oyunları keçirmək haqda düşünür. Azərbaycan daim inkişafdadır. 1990-cı illərdə beynəlxalq yarışlarda cəmi 21 medal qazanırdıq, amma indi bu medallar 800-ü keçib".

M.Rəhimovun sözlərinə görə, əcnəbi idmançılar olmayan yerdə rəqabət də olmur:

"Biz legionerlərimizlə fəxr edirik. Legioner karateçimiz İrina Zaretskanın çıxıb Azərbaycan himnini oxuması bizə qürur verir. Legioner olmayan yerdə rəqabət olmur. Bir vaxtlar güləşdə çoxlu legionerlər vardı. Amma indi demək olar ki, yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm