İdman
Məşhur futbolçunun terrorçu ilə şəkli səs-küyə səbəb oldu - FOTO
Fotoda gördüyünüz 23 yaşlı Xerdan Şaqirinin əlini sıxan adam Priştinanın ən iri məscidinin imamı Şefçet Krasniçidir. Keçən ilin sentyabrında Krasniçi xüsusi əməliyyat nəticəsində amerikan hərbçiləri tərəfindən həbs edilib. İmam terrorçuluq və millətlərarası ayrı-seçkilikdə ittiham olunub.
Publika.az xəbər verir ki, “İnter”in şərəfini qoruyan Şaqirinin fotosu ictimai rezonans yaradıb. Futbolçu hərəkətinə görə, “Facebook”-da açıqlama vermək məcburiyyətində qalıb. O yazıb:
“Bizim birgə şəklimiz çoxlu lüzumsuz mübahisələrə səbəb olub. İmam sadəcə mənə yaxınlaşaraq şəkil çəkdirmək istədiyini dedi. Bunu minlərlə insan edir. Mən razılaşdım, çünki imtina etmək hörmətsizlik olardı. İmamın terrorla bağlı olmasından xəbərim olmayıb. Mən şəkil çəkdirməyi xahiş edən hər bir azarkeşin dosyesini yoxlaya bilmərəm. Şaqiri ailəsi dindar müsəlmanlardır, lakin biz ekstremizmdən uzağıq”.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər