“Mladost” – “Neftçi” matçının vaxtı dəyişdirildi
Bizi izləyin

İdman

“Mladost” – “Neftçi” matçının vaxtı dəyişdirildi

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Mladost” (Monteneqro) – “Neftçi” (Bakı) oyununun başlanma saatı dəyişdirilib.

Publika.az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 20:00-da deyil, 23:30-da başlanacaq.

İyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Kevin Klensi, onun köməkçiləri Alastair Mazer və Stüart Yan Makmillan olacaqlar. Dördüncü hakim funksiyasını Brayan Kolvin yerinə yetirəcək.

Oyunun UEFA nümayəndəsi Jan Luis Pette (Fransa), hakim-inspektoru isə Marian Ruzbarskidir (Slovakiya).

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm