Azərbaycan klubu “satqın” erməni futbolçunu qovdu
Bizi izləyin

İdman

Azərbaycan klubu “satqın” erməni futbolçunu qovdu

Təbrizin "Traktorsazi" klubu erməni əsilli futbolçusu Andranik Teymuryanla yollarını ayırıb.

Publika.az xəbər verir ki, 32 yaşlı dayaq yarımmüdafiəçisi karyerasını Qətərdə davam etdirəcək. O, yüksək liqada çıxış edən "Um Şalal" klubu ilə müqavilə imzalayıb. Həmin klubun baş məşqçisi hazırda "Qarabağ"da çıxış edən İlqar Qurbanov və Rəşad Sadıqovla Türkiyənin "Sivasspor" və "Əskişəhərspor" komandalarında birgə çalışmış Bülent Uyğundur. 44 yaşlı mütəxəssis "Um Şalal"a 2013-cü ildən rəhbərlik edir.

Qeyd edək ki, Andranik Teymuryan "Traktorsazi" klubunda ilk dəfə 2010-2011-ci illərdə çıxış edib. Teymuryan azərbaycanlıların kompakt yaşadığı Təbrizin komandasına bu ilin yanvarında yenidən qayıdıb. O, ötən mövsümün son turunda "Naft Tahran"la qarşılaşmada qırmızı vərəqə alaraq, komandasının çempionluğu əldən verməsinin səbəbkarlarından olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm