Zukerberq “Facebook” məlumat mərkəzinin fotolarını paylaşıb - FOTO
Bizi izləyin

İKT

Zukerberq “Facebook” məlumat mərkəzinin fotolarını paylaşıb - FOTO

Burada 159 nəfər işləyir

“Facebook” sosial şəbəkəsinin qütb dairəsindən 112 km məsafədə, İsveçin Luleo şəhərində yerləşən məlumat mərkəzinin binasını təqdim edəcəyik.

Dünyanın ən böyük sosial şəbəkəsi 2013-cü ildə İsveçin Luleo şəhərində məlumat mərkəzi açıb. Yer təsadüfən seçilməyib: subarktik iqlim serverlərin soyudulmasına xərcləri minimal səviyyəyə endirməyə yardımçı olur. Bu, şirkətin ABŞ hüdudlarından kənarda yerləşən ilk məlumat mərkəzidir.

“Məlumat mərkəzi nəhəng olsa da, onun yaradılması ideyası bu salfetin əks tərəfində yaranıb. Bir dəfə gecə saatlarında mühəndis Cey Park sistemi belə gördüyünü təsvir edib”- deyə Mark Zukerberq söyləyib.

Luleo şəhəri meşələr və buzlu çaylarla əhatə olunub. “Facebook” məlumat mərkəzinin xarici görünüşü:

“Dünyada bundan daha effektiv məlumat mərkəzi mövcud deyil”- məlumat mərkəzinin baş konstruktoru Cey Park:

Burada 159 nəfər işləyir, lakin zallar boş görünür. Belə ki, 25 min serverə qulluq üçün cəmi bir texniki işçi tələb olunur.

Bu, “Facebook”un ABŞ hüdudlarından kənardakı ilk məlumat mərkəzidir. O, 2013-cü ildə fəaliyyətə başlayıb. Dekorasiya üçün xaricdən ağac panellərdən istifadə edilib.

Sistemlər bir neçə hidroelektrikstansiyadan daxil olan enerji hesabına işləyir. Məlumat mərkəzi digər obyektlərlə müqayisədə 10% daha effektivdir və 40% daha az elektrik enerjisi istehlak edir.

Bütün avadanlıqlar qulluq üçün rahatlıqla əlçatandır. Bir neçə il bundan əvvəl serverin sərt diskini bərpa etmək üçün bir saat tələb olunurdu. Bu gün eyni işə cəmi 2 dəqiqə vaxt sərf edilir.

“Bu fotonu xoşlayıram, sanki elmi-fantastik filmdən səhnəyə bənzəyir. Nəhəng havatəmizləyənlər bayırdakı havanı çəkməklə 10 minlərlə serverin soyudulmasını təmin edir. Qış dönəmində temperatur -30 dərəcəyə düşən zaman isə əksinə olur: severlərdən ayrılan istilik korpusları qızdırır.”- deyəMark Zukerberq söyləyib.

Yeri gəlmişkən, lazımsız sərt disklər məlumat mərkəzində fiziki olaraq məhv edilir. Bununla da məlumatların əlavə müdafiəsi təmin edilir. Məhv edilmiş disklər belə görünür.

inter.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm