İKT
"WhatsApp"-dan daha bir YENİLİK
"WhatsApp" tərtibatçıları öz messenceri üçün yeni yenilənməni işə salıblar.
Artıq videoların baxılması daha qənaətcil və rahat olub.
Bu yenilənmə üçün "WhatsApp" əlavəsinin istifadəçiləri yalnız
videofaylı yüklədikdən sonra bu videoya baxa bilərdilər. Yenilənmə
isə videoçarxlara axın rejimində baxılmasına imkan verir. Bu o
deməkdir ki, artıq videofayla yüklənən zaman baxmaq mümkün
olacaq.
Bu gün "WhatsApp"da 1 milyarddan artıq istifadəçi qeydiyyatdan
keçib. Onlar dəfələrlə proqram tərtibatçılarından videofaylların
baxılması ilə bağlı məsələnin həllini xahiş ediblər. Çünki bu
prosedur xeyli vaxt və trafik aparırdı, insanlar isə tez-tez
cihazlarına onlara ümumiyyətlə lazım olmayan fayllar yükləyirdilər.
Çünki onların bu fayllara öncədən baxmaq imkanları yox idi.
"WhatsApp" komandası bu xahişi nəzərə alıb və "Android" cihazları
üçün yenilənməni həyata keçirib. Proqramın beta testləri uğurla
həyata keçirilib. Artıq bu yenilənmənin iOS və "Windows" əməliyyat
sistemlərində işə düşəcəyini gözləmək qalır. (lent.az)
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB