Nəşriyyatın direktoru: “DTX-nın həbs etdiyi jurnalistlər reket deyil”
Bizi izləyin

İKT

Nəşriyyatın direktoru: “DTX-nın həbs etdiyi jurnalistlər reket deyil”

“Eldar Mahmudov istədiyi şəxsi bu jurnalistlər vasitəsilə qaralayıb, pul alır, yaxud həbs edirdi”.

“DTX tərəfindən keçirilən “reket jurnalist” əməliyyatında həbs olunanlar reket jurnalistlər deyil”.

Bu barədə “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Publika.az-ın Dövlət Təhlükəsizlik Xidmətinin “reket jurnalist” əməliyyatı haqqında sualını cavablandırarkən deyib.

A.Əsgərov bildirib ki, “Azərbaycan” Nəşriyyatında reket jurnalistlər yoxdur: “Həbs olunanlar reket jurnalist olsaydılar, mən onları çoxdan nəşriyyatdan çıxarardım. Onların Mətbuat Şurasının “qara siyahısı”nda adları yoxdur. Biz bu “qara siyahı”ya ciddi əməl edirik və bu siyahıda olan, yaxud sonradan ora düşən redaksiyaları nəşriyyata buraxmırıq”.

Nəşriyyatın baş direktoru qeyd edib ki, DTX tərəfindən həbs olunan adamlar keçmiş nazir Eldar Mahmudovun cinayət qruplaşmasının üzvləridir.

“Eldar Mahmudov istədiyi şəxsi bu jurnalistlər vasitəsilə qaralayıb, pul alır, yaxud həbs edirdi”, - deyə o bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm