Dünyaya səs salan, qız və oğlanın yatağa girdiyi proqram Azərbaycana gətirilərsə... - - VİDEO
Bizi izləyin

İKT

Dünyaya səs salan, qız və oğlanın yatağa girdiyi proqram Azərbaycana gətirilərsə... - - VİDEO

Soyunaraq yatağa girir və 30 dəqiqə ərzində bir-birinə sarılaraq

Bu günlərdə Avstraliyanın “SBS” kanalında yayımlanmağa başlayan “Çılpaq gündəliklər” adlı izdivac verilişi xeyli müzakirəyə səbəb olub. Evlilik verilişinin formatına görə cütlüklər kamera önündə soyunaraq yatağa girir və 30 dəqiqə ərzində bir-birinə sarılaraq yaxından tanış olur, həyatları ilə bağlı sualları cavablandırırlar. Daha sonra onlara ya yataqdan çıxaraq həyatlarını ayırmaq, ya da orada qalaraq evlənmək şansı verilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Xarici efirlərdə gördüyünü “kopiyalamaq”da usta olan Azərbaycan telekanallarının bu verilişdən örnək götürəcəyini istisna etmirik. Kopiyaladıqlarımızın da vəziyyəti göz önündə.

Onsuz da bu gün efirdə yayımlanan verilişlərin əksəriyyəti “toyxana” üslubundadır. Bunu isə təkcə biz yox, bu sahədə tənzimləyici qurum Milli Televiziya və Radio Şurasından da etiraf edirlər. MTRŞ sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan” qəzetinə ünvanlandığı məktubda özəl televiziya kanallarının öz fəaliyyətində daha çox məhz kommersiya maraqlarını əsas götürməsindən şikayətlənib.

Qurumun şöbə müdiri Təvəkkül Dadaşov isə Sumqayıtın “Dünya” televiziya kanalının efirinin əsas hissəsini musiqi klipləri və bayağı əyləncəli, şou verilişlərin təşkil etdiyindən deyib: “Hətta bəzən eyni şəxs bir neçə verilişə aparıcılıq edir. “Dünya” televiziyasının efirdə bir neçə klinikanın reklamına həsr olunan kommersiya verilişləri yayımlanır”.

Azərbaycan izləyicisinin “Youtube”da ən çox meyxana və bayağı musiqilərə baxdığını nəzərə alsaq, yerli telekenalları qınaya bilmərik. Bu qədər geniş imkanların verildiyi “Youtube”da biz hələ də, ən çox meyxanaya qulaq asırıqsa, toyxanadan şikayətlənməyə haqqımız varmı?

Telekanalların efirinin böyük hissəsini toyxana və ya bayağı verilişlərə verməsini nəzərə alsaq, deməli onlar daha çox qazanc üçün SBS təcrübəsini də ölkəmizə gətirməkdə maraqlı olarlar. Necə ki, indiyədək buna bənzər bir neçə örnək görmüşük. Bəs bu qəbildən olan proqramların efir məkanımızı zəbt etməməsi üçün hansı tədbirlər görülə bilər, yaxud da görülməlidirmi?

Publika.az bu suala cavab axtarıb.

Tanınmış media eksperti Qulu Məhərrəmli deyir ki, bizim televiziyalar heç bir çərçivə gözləmədən irəli getdikləri məqamda onlardan hər şey gözləmək olar: “Mənəvi dəyərlərin aşınması fonunda hər şey mümkündür. Bizdə ailə-məişət zəminində quraşdırma verilişlər hazırlanır. Bu tip verilişləri Rusiya, Türkiyə efirlərində də görürük. Lakin onlarda hər şeyin bir çərçivəsi olur, süjetin ictimai məzmunu açılır. Bizdə isə pis hind filmləri kimi ağlaşma, dalaşma verilir. Bizim televiziyaların bacarıqsızlığı səmərəli rüşeymi tapıb tamaşaçıya verə bilməməkdədir. Verilişin dramaturgiyasını hazırlayarkən nəticə barədə düşünməli, verilişin tamaşaçıya hansı əxlaqi dəyərləri ötürəcəyini nəzərə almalıyıq. Təəssüf ki, bu işdə çox da bacarıqlı görünmürük”.

Beynəlxalq layihələrin Azərbaycanda nə qədər uğurlu alınmasına gəlincə, Q.Məhərrəmli burada problemlərin olduğunu söyləyir: “Beynəlxalq telelayihələrdən “Milyonçu” bir çox ölkələrdə tətbiq edilib. Rusiya, Türkiyədə bu layihə çox uğurlu alındı, lakin bizdə bu eyni effekt vermədi. Problem yerli materialda idi. Verilişdə qoyulan adi suallara belə iştirakçılar cavab verə bilmirdi. “Zəif bənd” layihəsi bir müddət işlədi, lakin “O səs Azərbaycan” o qədər də uğurlu olmadı. Beynəlxalq layihələrin uğursuz alınmasının səbəbi icra ilə bağlıdır. Həmçinin məhəlli intellekt və televiziyanın bu layihəni nə qədər reallaşdıra bilməsi ilə əlaqədardır. Veriliş iştirakçıları da həlledici elementdir, bütün bunlara birlikdə nəzər salsaq, layihələri o qədər də uğurlu hesab edə bilmərik. Əlbəttə, oğurlanmış layihələr də var. Televiziya təfəkkürünü inkişaf etdirmək baxımından layihələrdən istifadə etmək yaxşıdır, lakin heç də həmişə bu, uğurlu alınmır”.

Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Şəmil Sadiq Avstraliya təcrübəsinin Azərbaycanda tətbiqinə telekanalların risk etməyəcəyini düşünür: “Ola bilər ki, hər hansı prodakşn səviyyəsində belə veriliş hazırlansın. İndi yox, bu gələcəkdə bəlkə mümkün ola bilər. Lakin Braziliya, Avstraliya, Yaponiya telekanallarındakı verilişi ölkəmizə gətirəndə yerli yaşam tərzi nəzərə alınmalıdır. Hətta bir çox dəyərlər baxımdan oxşar olan Türkiyədən belə gətirilən nümunələrdə effekt verməyə bilir. Çünki hər ölkədə yaşayanların yaşam tərzi fərqlidir. Lakin qəribədir ki, hər kəs tənqid etsə də, hamı bu verilişlərə baxır. Hətta bu proqramlara tənqidi yanaşan ağsaqqallar belə bəzən özləri buna baxır. Bu o demək deyil ki, insanlar baxırsa, o tip verilişlər yayımlanmalıdır. Xarici ölkədən gətirəcəyiksə, intellektual verilişləri ala bilərik. Ona görə də, SBS telekanalı təcrübəsinin ölkəmizə tətbiq edilməsinin tam əleyhinəyəm. Hesab edirəm ki, bunun qarşısını inzibati yolla almaq çətindir. Bu zaman senzura kimi qələmə alınır. Bu verilişlərin olmaması üçün reklamla yanaşı, milli düşüncə də nəzərə alınmalıdır”.

Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov yerli şəraitə, milli dəyərlərə uyğun gəlməyən, xalqın mentalitetinə zidd layihələrin uğur qazanacağına və bunn tətbiqinə hansısa kanalın cəsarət edəcəyinə inanmadığını vurğulayır: “Belə hallar istər-istəməz cəmiyyətdə təpki alacaq. Telekanallarımız mütərəqqi ideyaları təbliğ edən praktikaları tətbiq etmələri alqışlanandır. Lakin bizim öz mentalitetimiz, ailə dəyərlərimiz var, o tip verilişlər bizdə cəmiyyətdə qəbul edilməz. Nəinki bizdə, onun Türkiyə və Rusiyada da qəbul edilməsi mümkün deyil.

Xarici telekanalların layihələrinin Azərbaycanda tətbiqi bir çox hallarda uğurlu alınıb. Məsələn, “Milyonçu” baxılan idi, “Ya davam, ya tamam”a baxılır. Beynəlxalq səviyyəli layihələrin nə qədər uğurlu olması məsələyə nə qədər ciddi yanaşılması, əhəmiyyət verilməsindən asılıdır. Layihənin tətbiqində maliyyə, yaradıcılıq, tamaşaçı auditoriyası kimi məqamlar nəzərə alınmaqla həyata keçirilsə, uğurlu alınır. Evlilik verilişləri Azərbaycanda tətbiq edildi, lakin istənilən uğuru qazanmadı. Çünki çox aşağı səviyyəli, bayağı formada hazırlanırdı, dəyərlərə uyğun gəlməyən məqamlara cəmiyyətdən sərt təpki oldu, Milli Televiziya və Radio Şurası məsələyə qarışdı, onların yayımı dayandırıldı. Xarici layihələrə müraciət edərkən daha ciddi yanaşılmasını, beynəlxalq səviyyədə uğur qazanmış və müsbət qarşılanan verilişlər seçilməsini tövsiyə edirik. İstənilən xarici telekanaldakı verilişi Azərbaycanda tətbiq etməyin heç bir əhəmiyyəti yoxdur. Təbii ki, məqsədim telekanal rəhbərlərinə ağıl dərsi keçmək deyil. Sadəcə fikirlərimizi bölüşürük”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm