İKT
Azərbaycanda 1 milyonluq rüsum tətbiq ediləcək
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi müzakirə olunub.
Təklif olunan layihədə lisenziyalar üzrə dövlət rüsumlarının məbləğlərində dəyişikliyi nəzərdə tutulub. Belə ki, əvvəllər dövlət rüsumu 22 min manatdan çox deyildisə, indi artıq layihədə 1 mln. manat məbləğdə rüsuma rast gəlmək olar.
Mobil rabitə xidmətləri (texnioloji standartın adı
göstərilməklə) üçün 1 mln. manat dövlət rüsumu nəzərdə tutulub.
Layihədə teleradio yayımı üçün ümumrespublika televiziya yayımı
üçün 50 min manat, Bakı şəhəri üzrə TV yayımı üçün 22 500 manat,
regional TV üçün 1 500 manat, ümumrespublika radio yayımı üçün 2
500 manat, Bakı şəhəri üzrə 1 250 manat, regional radio yayımı üzrə
500 manat nəzərdə tutulub.
Layihədə olan rüsumlar lisenziya Bakıda oduqda 100% həcmində,
regionlarda olduqda 50% ödənilir.
Bundan başqa, layihə rüsumların ödənilməsi qaydasında dəyişikliyi
nəzərdə tutur. Belə ki, hazırda dövlət rüsumunun hesablanması və
ödənilməsi qaydalarına əsasən, qanunda nəzərdə tutulan xidmətlərə
və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil
yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid
edilənlərdən başqa) 25%-i (bu qanunun 4.1-1-ci maddəsində nəzərdə
tutulmuş hal istisna olmaqla) həmin xidmətləri və hüquqi
hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət
notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq
məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam
məbləğdə dövlət büdcəsinə ödənilir.
Dəyişikliklə, "istisna olmaqla" sözlərindən sonra "və ödənilən
dövlət rüsumu üzrə 5 min manatdan çox olmamaq şərti ilə" sözləri
əlavə edilir. Yəni, həmin xidmətləri və hüquqi hərəkətləri həyata
keçirən dövlət orqanlarının xəzinə hesabına köçürülən məbləğ 5 min
manatdan artıq olmamalıdır.
Layihə plenar iclasa tövsiyə olunub. (azvision)
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək