FANTASTİK YENİLİK: Yeni “iPhone” sahibini üzündən tanıyacaq
Bizi izləyin

İKT

FANTASTİK YENİLİK: Yeni “iPhone” sahibini üzündən tanıyacaq

Yeni “iPhone” sahibini üzündən tanıyacaq.

“Apple” korporasiyası yeni “iPhone”larda “Touch ID” texnologiyasından imtina edərək üz tanıma texnologiyasına üstünlük verəcək.

Publika.az xəbər verir ki, bu barədə “KGİ Securities” şirkətinin analitiki Min Çi Kuo bildirib.

Min Çi Kuo deyib ki, yeni smartfonlarda çərçivəsiz OLED-ekranların tətbiqi nəticəsində korpusda Home düyməsi və barmaq izini tanıyan “Touch İD” “datçiki” üçün yer qalmayacaq. Bunun əvəzinə yeni biometrik təhlükəsizlik texnologiyası işlənib hazırlanır. Həmin texnologiyaya əsasən “iPhone” öz sahibini ön kamera vasitəsilə üzündən tanıyacaq.

“KGI Securities” eksperti optik barmaq izi skanerinin işlənib hazırlanmasını da istisna etmir. Bu skaner displeyin altında yerləşdirilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm