Yumurta qabığından yaddaş qurğusu
Bizi izləyin

İKT

Yumurta qabığından yaddaş qurğusu

Yumurta qabığından yaddaş qurğusu

Çin alimləri xırdalanmış yumurta qabığından yaddaş qurğusu hazırlayıb.

Publika.az xəbər verir ki, bu yeni qurğunun daha sürətli və ekoloji cəhətdən təmiz kompüterlər yaratmağa kömək edə biləcəyi iddia edilir.

Belə ki, Quyçjou Texnologiya İnstitutunun alimləri yumurta qabığını nanoölçü tozu halına gətiriblər. Bu tozu qurutduqdan sonra onu məhlulda həll edərək yaddaş çipinin elektrik cərəyanı keçirən elektrolit səthinə sürtüblər.

Yeni həll növbəti nəsil məlumatların saxlanılması qurğularının vacib komponenti olan rezistiv əməli yaddaşdır (“ReRAM” – resistive random access memory). “ReRAM” adi əməli yaddaşdan daha sürətli işləyir, məlumatların saxlanılması üçün daha yüksək sıxlığı təmin edir, dinamik “RAM” və ya fləş yaddaşla müqayisədə daha az enerji sərf edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm