• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

“Gmail”də yenilik

  • İKT
  • 4 Mart 2017 09:42
  • 256 Baxış
“Gmail”də yenilik

"Gmail" poçt xidməti qoşma fayllar üçün qoyulmuş məhdudiyyəti 2 dəfə artırıb. İndi istifadəçilər tutumu 50 MB-dək olan mesajlarla işləyə biləcəklər. Amma bu yenilik yalnız gələn poçt məktublarına aiddir.

Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, "Google" hesablarının sahibləri böyük tutumlu video və təqdimatları əvvəlki kimi bir-birinə göndərə bilməzlər. Məktub göndərən üçün məhdudiyyət əvvəlki kimi saxlanılıb. Göndərilən məktuba qoşulmuş faylın maksimum tutumu əvvəlki kimi 25 MB-dir.

"Google" şirkəti böyük tutumlu faylların göndərilməsi üçün tutumu 5 TB-dək olan faylları dəstəkləyən öz "bulud" xidmətindən istifadə etməyi tövsiyə edir.

"Gmail" elektron poçt xidmətinin istifadəçiləri "Google Drive" "bulud" məlumat saxlama sisteminə yüklənilmiş istənilən tutumlu faylın bağlantısını bir-birinə göndərə bilərlər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>