ATV-nin yayımı bərpa olundu - YENİLƏNDİ
Bizi izləyin

İKT

ATV-nin yayımı bərpa olundu - YENİLƏNDİ

Bir neçə dəqiqə əvvəl dayanıb.

“Azad Azərbaycan” Televiziyasının (ATV), 106 və 106.3 FM radiolarının yayımı bərpa olunub.

ATV telekanalı, 106 və 106.3 FM radioları əvvəlki qaydada fəaliyyətini davam etdirir.

***

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətindən Publika.az-a bildirilib ki, yayımın dayanma səbəbi kabellərdəki zədələnmədir:

"Bu gun 17:40-dan etibarən ATV, 106 ve 106.3 FM radiolarının efir yayımı ani olaraq dayanıb. 38 saylı ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, yanlışlıqla kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri zədələnib. Aidiyyəti qurumlardan verilən məlumata gorə, ən qısa zamanda problem aradan qaldırılacaq və yayımlar davam edəcək"

***

19:00

“Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb.

Publika.az-ın Apa-ya istindən verdiyi xəbərə görə, telekanalın yayımı bir neçə dəqiqə əvvəl dayanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov faktı təsdiqləyərək bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır.

“Əgər problem bizim tərəfimizdən olsaydı, yerdə qalan digər telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bizə siqnalı daxil olmur. Siqnal bizə daxil olmalıdır ki, biz onu həm rəqəmsala, həm peykə verə bilək. Digər telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu məsələyə aydınlıq gətirsin”, - deyə baş direktor qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm