“Vikipediyadakı məsələlər bizi çox narahat edir”
Bizi izləyin

İKT

“Vikipediyadakı məsələlər bizi çox narahat edir”

“Gəncəmiz az qala erməni şəhəri kimi təqdim olunur".

“Vikipediyadakı məsələlər bizi çox narahat edir”.

Publika.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin iclasında çıxışı zamanı deyib.

Məlahət İbrahimqızı bildirib ki, bu günlərdə Gəncə ilə bağlı məlumatlara baxıb.

“Gəncəmiz az qala erməni şəhəri kimi təqdim olunur. Eyni zamanda, dahi, böyük şəxsiyyətlərimizlə bağlı bilərəkdən və ya qəsdən təhrif olunmuş məlumatlar gedir. Bu, çox ağrılı məsələdir”.

Milli Məclisin digər deputat Qənirə Paşayeva da vikipediyada Azərbaycanla bağlı gedən məlumatlardan narahatlığını bildirib:

Deputat qeyd edib ki, vikipediyada Azərbaycanın tanınmış şəxsiyyətləri, coğrafi yer adları, bölgələri və sair məsələlərlə bağlı ciddi və narahatlıq doğuran təhrif olunmuş məlumatlar yayılır:

“Sanki tariximiz qəsdən saxtalaşdırılır, təhif olunur. Bu, çox ciddi, ağrılı məsələdir və onun qarşısı alınmalı, bu məsələ hüquqi yollarla tənzimlənməlidir”.

Q.Paşayeva internet saytlarının domenləri ilə bağlı məsələyə də toxunub:

“Azərbaycanı istəməyən qüvvələr, dairələr bundan ölkəmizə qarşı yararlanmağa, öz çirkin məqsədlərini bu yolla da gerçəkləşdirməyə çalışırlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm