Tvitter pullu olacaq
Bizi izləyin

İKT

Tvitter pullu olacaq

Şirkətin bu yeniliyi nə vaxt tətbiq edəcəyi bəlli deyil.

11 ildir pulsuz xidmət göstərən Tvitter bəzi özəlliklərinin pullu olmasını planlaşıdırır.

Publika.az xəbər verir ki, ən böyük sosial media şirkətlərindən olan Tvitter sürpriz təkliflə çıxış edib.

Əsasən profesionalların istifadə etdiyi “TvitDek”platformasının bundan sonra pullu olacağı gözlənilir.

Tvitter aylıq 20 dollar ödəyərək bu platformaya üzv olanlara daha detallı məlumat verəcək. Artıq bu xidmətin tətbiqi üçün işlərə başlanılıb. Bu xidmətə üzv olanlar olduqları yeri işarələmək, görüləcəklərin siyahısı, bir neçə səhifəni idarə etmə imkanlarına sahib olacaqlar.

Şirkətin bu yeniliyi nə vaxt tətbiq edəcəyi bəlli deyil.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm