Gələcəyin insanını smartfonlar FORMALAŞDIRACAQ
Bizi izləyin

İKT

Gələcəyin insanını smartfonlar FORMALAŞDIRACAQ

İnsan bədənini təkamül dəyişikliyinə uğradacaq.

Smartfonlardan daimi istifadə insan bədənini təkamül dəyişikliyinə uğradacaq.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, yeni nəsil insanlarda zürafə kimi aşağıya doğru əyri boyun formalaşacaq, çiyinlər qısıq, çənə dar olacaq. Buna səbəb yeni nəslin uşaqlıqdan bəri saatlarla smartfonlarla oynaması və nisbətən sonrakı dövrlərdə sosial şəbəkələrdən aktiv istifadə etməsidir. Başqa sözlə, bu günə qədər anladığımız standart insan görünüşü artıq formasını dəyişəcək. Gələcəkdə əksinə, əyri boyunlu, dar çənəli insanlar normal görünüşlü hesab olunacaq.

Günümüzdə isə belə insanlar xəstə, vücudu deformasiyaya uğramış hesab olunur. Həkimlərin sözlərinə görə, fəqərə sütununda yırtıq, boyun ağrıları ilə müraciət edənlərin sayı artıb. Yırtıq xəstəliklərinin yaşı isə gəncləşib. Çox erkən yaşlarda artıq onurğa sütunundan əziyyət çəkən insanlar ordusu yaranıb. Çünki bu günün uşaqlarının əsas oyuncağı smartfonlardakı oyun növləridir. Elə yeniyetmələr də sosial şəbəkələrdə saatlarla vaxt keçirirlər. Bu yaşlar sümüyün formalaşmasında önəmli olduğu üçün nəticə ürəkağrıdıcı olur.

Məlumat üçün bildirək ki, baş boyun üzərində düz dayandığı halda onun çəkisi 4-5 kq olur. Cəmi 15 dərəcə aşağı əyiləndə 12 kq, 60 dərəcə əyilmədə isə 25 kq-a qədər artır. Ona görə də yeni nəsil artıq 25-26 yaşa çatanda boyun və bel sümüyündən əməliyyata girməli olacaq.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm