İKT
Cəmil Quliyev yenidən namizədliyini verdi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə yenidən seçilmək üçün namizədliyini irəli sürüb.
C.Quliyevin APA-ya verdiyi məlumata görə, o, baş direktor vəzifəsinə seçilmək üçün elan edilmiş müsabiqədə iştirak edəcək:
“Bəli, mən budəfəki müsabiqədə iştirak üçün sənədlərimi təqdim etmişəm. İctimai televiziya və radio yayımı haqqında qanunun tələbinə əsasən, baş direktor bir neçə dəfə bu vəzifəyə seçilə bilər. Mən də qanunun yaratdığı imkanlardan istifadə edərək namizədliyimi yenə irəli sürmüşəm. Digər namizədlərin kim olması haqda məlumatım yoxdur” – deyə o, vurğulayıb.
“Sədr vəzifəsinə yenidən seçilmək üçün şansınız varmı” sualına isə Cəmil Quliyevin cavabı belə olub: “Bunu zaman göstərər”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müvafiq sənədləri 12 apreldən 22 aprelədək MTRŞ-ya təqdim etməlidirlər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!