İnsan gözünə bənzəyən kamera hazırlandı
Bizi izləyin

İKT

İnsan gözünə bənzəyən kamera hazırlandı

Alimlər insan gözünə bənzəyən yeni kamera icad ediblər. Daha doğrusu, insan gözündən ilhamlanıblar.

Publika.az xəbər verir ki, kameranın işləməsi eynilə beyinin gözə görüntünü ötürməsi kimidir. Belə ki, insan biri ilə söhbət edərkən onun üzünə baxır, bu an gözü bütünlüklə həmin insanın görüntüsü tutur. Beyin qarşıdakı insana cəmlənir, digər görüntülər isə dumanlı olaraq görünür. Alimlərin hazırladığı yeni kamera da bu üsula əsaslanıb. Sensor vasitəsilə kamera lazımi elementə fokuslanacaq.

Bildirilir ki, belə kameralar həm də qənaət xarakterlidir, çünki bir piksellə, işığa və ya elementə həssas olaraq çalışacaq. Bu kameralar meqapikselli kameralardan ucuz başa gələcək.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm