Azərbaycan televiziyalarının PRODAKŞN OYUNU
Bizi izləyin

İKT

Azərbaycan televiziyalarının PRODAKŞN OYUNU

Hansı halda tərəflər məsuliyyəti bölüşür?

Aparıcılar, efirə çağırılan qonaqlar və ya başqa səbəblərdən telekanallarda müəyyən səhvlərə, pozuntulara zaman-zaman rast gəlirik. Televiziyanın kütləviliyi kiçik səhvlər ətrafında belə böyük müzakirələrin yaranmasına səbəb olur. Hətta yerli telekanalları izləməyənlər belə, hansı səhvlərə yol verildiyindən xəbər tutur. İzləyici haqlı olaraq səhvlərə, problemə görə açıqlama tələb edir. Amma telekanal rəhbərləri və ya sözçüləri çox zaman bu problem, səhvlərin haradan qaynaqlandığını deməkdən boyun qaçırır. Ən asan üsul isə verilişin prodakşn məhsulu olduğunu deməkdir. Sanki verilişi prodakşn hazırlayırsa, məsuliyyəti də yalnız onlar daşımalıdır.

Bəs əslində necə olmalıdır? Hansı halda tərəflər məsuliyyəti bölüşür?

Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Publika.az-a açıqlamasında bildirdi ki, telekanallarda hər hansı səhv və pozuntu aşkarlananda bunu necə cavablandırmalarını özləri bilərlər. Lakin şura üçün cavabdeh tərəf teleradio yayımçılarıdır: “Yaradıcılıq məsələləri, müğənnilərin efirə çox dəvət edilməsi kimi hallarla bağlı heç nə deyə bilmərəm. Amma söhbət qanunvericiliyin tələblərinin pozulmasından gedirsə, burada yayımçı məsuliyyət daşıyır, prodakşnlar yox. Pozuntu varsa, onun aradan qaldırılmasını prodakşndan yox, telekanaldan tələb edirik. Prodakşlara aid məqamlar da ola bilər, lakin Teleradio Yayımı Haqqında hər hansı bir tələbin pozulmasından söhbət gedirsə, burada cavabdeh tərəf teleradio yayımçılarıdır. Yaradıcılıq məsələsinə gəldikdə, bu, tərəflər arasında razılaşdırılmış ola bilər. Bu zaman prodakşn telekanaladan yaradıcılıq işlərinə qarışmamağı müqavilədə göstərə bilər”.

Image result for Zeynal Məmmədli

Media eksperti Zeynal Məmmədlinin sözlərinə görə,telekanal heç bir halda prodakşn məhsulu deyib, problemdən yayına bilməz: “Telekanalın proqram siyasətini, keyfiyyətinə də prodakşn məsuliyyət daşıya bilməz. Prodakşna efiri televiziya verir. Efiri verdiyinə görə müəyyən tələblər də irəli sürə bilir. Bütün şərtlər tərəflər arasında müqavilədə əks olunur. Prodakşn tərəfindən hazırlanan veriliş tələblərə cavab verdiyi halda telekanal onu qəbul edib, efirə verə bilər. Heç bir halda verilişdəki nöqsanı telekanal prodakşının üzərinə ata bilməz. Bəzən prodakşn informasiya qaynağında saxtakarlığa yol verirsə, telekanal problemlə qarşılaşa bilər. Çünki onun səhvi ayırd etməsi çətin ola bilər. Lakin bizim prodakşnlar bu tip verilişlər hazırlamadığından belə problemlər də yaranmır”.

Z.Məmmədli onu da vurğuladı ki, televiziya yalnız prodakşının hazırladığı canlı verilişdə qonağın fikrinə görə məsuliyyət daşımadığını deyə bilər:

“Lakin bizim prodakşnlar canlı veriliş hazırlamır. Ona görə də, bu cür halları müşahidə etmirik. Bizim telekanallar adətən, canlı verilişləri özləri hazırladıqlarından qonaqlara görə də məsuliyyəti özləri daşıyır. Kənar bir studiyada çəkilən tok-şouda qonaqlarla bağlı yaranan problemə görə, telekanalla prodakşn arasında bağlanan müqavilə şərtlərinə görə tərəflər məsuliyyət daşıyır. Mübahisəli məqamlar buna görə həll edilir. Dünya praktikasında ixtisaslaşma olmayan telekanallar yalnız xəbər proqramlarını özü hazırlayır, qalanlarını prodakşnlara həvalə edir. Burada qüvvələrdən optimal istifadə, prodakşnların qazanma marağı var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm