İnternetin sürətinə görə dünya lideri hansı ölkədir? - SİYAHI
Bizi izləyin

İKT

İnternetin sürətinə görə dünya lideri hansı ölkədir? - SİYAHI

Rusiya mobil internetin sürəti reytinqində 50-ci yeri tutub.

Norveç Avropada internetin sürətinə görə birinci olub. Bu ölkə İsveçi geridə qoyub.

Publika.az xəbər verir ki, bu barədə "The Local" nəşri "Akamai" rabitə operatorunun apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verib.

Araşdırmanın nəticələrinə əsasən, Norveçdə internetin orta sürəti 2015-ci illə müqayisədə 55 faiz artıb. Eyni zamanda, dünya reytinqində 20,1 Mbit/saat internet sürəti olan Norveçi Cənubi Koreya geridə qoyur. Bu ölkə 27 Mbit/saat internet sürətinə malikdir və dünyada internetin sürətinə görə lider olaraq qalır.

Üçüncü yerdə internetin 19,5 Mbit/saat sürəti ilə Honkonq qərarlaşıb. Dördüncü yerdə isə İsveçdir ki, bu ölkədə də internetin sürəti 18,8 Mbit/saatdır.

Rusiya mobil internetin sürəti reytinqində 50-ci yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm