Dünya əhalisinin bu qədəri internetin nə olduğunu bilmir - İNANILMAZ RƏQƏM
Bizi izləyin

İKT

Dünya əhalisinin bu qədəri internetin nə olduğunu bilmir - İNANILMAZ RƏQƏM

Dünyada 3.9 milyard nəfərin internetə çıxışı yoxdur.

Publika.az
xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin nəzdindəki Beynəlxalq Rabitə Akademiyası və Akademiyanın Azərbaycan bölməsinin təşkilatçılığı ilə “Azərbaycanda Genişzolaqlı internetin inkişafı strategiyası və yeni nəsil şəbəkələrinin tədrisdə tətbiqi” mövzusunda keçirilən konfransda bildirilib.

Tədbirdə vurğulanıb ki, 2017-ci ilədək 3.5 milyard (dünya əhalisinin 47%-i) nəfər internetdən istifadə edəcək. Halbuki, 2015-ci ildə bu göstərici 3.2 milyard olub.

Daha sonra məruzəçilər ölkəmizdə genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər. Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Sirus Abbasbəyli Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları barədə təqdimatla çıxış edib.

Beynəlxalq Rabitə Akademiyasının prezidenti xanım Anastasiya Ositis isə çıxışında bildirib ki, təqdimatlardan da görünür ki, Azərbaycanda genişzolaqlı internetə keçid prosesləri sadəcə izlənilmir, bu xidmətlərin genişləndirilməsi, şəhərlə regionlar arasında “rəqəmli fərq”in azaldılması hökumətin marağındadır. Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqı üzv ölkələrin genişzolaqlı internetə keçidinin tənzimlənməsi, inkişafı və infrastrukturun formalaşması üçün tövsiyələrini əsirgəmir. “Əminəm ki, bugünkü konfrans Azərbaycanda genişzolaqlı internetə keçid prosesinin sürətlənməsinə öz töhfəsini verəcək”, - deyə o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm