Yutubdan milyonlar qazananlar - FOTO
Bizi izləyin

İKT

Yutubdan milyonlar qazananlar - FOTO

Bu gün heç kim öz gündəlik həyatını yutubsuz təsəvvür etmir. İnternet resursları içərisində ən məşhuru olan youtube yaradılanda tanışlıq saytı kimi fəaliyyətə başlayıb.

Publika.az bildirir ki, onun digərlərindən fərqi onda idi ki, bura video da yükləmək olurdu. Odur ki, yutubun yaradıcıları Cavid Kərim, Stiv Çen və Çad Herli saytın bu üstünlüyünü əsas tutub, onu inkişaf etdirməyə qərar verdilər. Axı bu tanışlıq saytında nəinki bəyəndiyin insanın fotolarına baxmaq, hətta videolarını izləmək olurdu. “Youtube” sözünün mənası ingilis dilindən tərcümədə “sənin televizorun” deməkdir.

Bugünədək yutuba yüklənmiş ən uzunsürən videonun müddəti 596 saatdır.

Yutub öz üzvlərinə pul qazanmaq şansı da yaradır. Bu şansı doğru istifadə etməyi bacaranlar isə, özünə yotube kanalı açıb sözün əsl mənasında qızıl qırırılar. Bu şəxslər youtuberlərdir. Bu gün ən varlı youtuber isveçli geymer (internet oyunları oynayan) Feleks Çemberdir. “PewDiePie” təxəllüslü bu gənc pul qazanmağın ən asan yolunu seçib.

Feleks internet vasitəsilə oynadığı oyunları şərh edərək, öz kanalına yerləşdirir. İnsanları cəlb edən onun qəribə, əyləncəli şərhi və təbii ki, oyundakı mürəkkəb mərhələləri keçmə bacarığı olur. İnanmayacaqsınız, amma Feleksin kanalının 43 milyon üzvü var. Onun illik gəliri isə 870 mindən 14 milyon avroyadəkdir.

Odur ki, sizin də qeyri-adi bacarığınız varsa, özünüzü bu sahədə sınaya bilərsiniz.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm