İKT
Möcüzə cihaz: bunu taxan hər dildə DANIŞA BİLƏCƏK
San Fransiskoda bir startup layihəsi olan BabelOn cihazı hər bir sözü həmin anda başqa bir dilə çevirə biləcək.
Publika.az xəbər verir ki, illərdir üzərində iş aparılan cihazın sözləri istifadəçinin öz səsi ilə tərcümə edə biləcək.
Bunun üçün San Fransiskoda səsyazma studiyasında səsinizin yazılması lazımdır. Bununla da BabelOn-da dil bilgisi profili yaranır. Daha sonra cihaz danışmadığınız dillərdə səsisnizi sintezləyə bilir. İndiki vəziyyətdə cihazın İngiliscə, Fransızca, İspanca, Almanca, Portuqalca, Çincə, Yaponca və Hindcə tərcümə imkanlarını hədəflər sırasındadır.
13 ildir üzərində iş aparılan bu layihənin filmlərin dublyajında istifadə edilməsini planlaşdırılır. Eləcə də səsin qorunaraq gələcək nəsillərə çatdırılması və təkrar istifadəsi üzərində iş aparılır.
Bu məhsulun satışa çıxarılması üçün müəyyən bir zaman tələb edilir. Çünki birinci dəfə studiyada səs yazmaq üçün 2 saat vaxt lazımdır.Onun analiz edilib, tərcümə xidmətinin əlavə edilməsi bir həftədən bir aya qədər davam edə bilir. Çihazı hazırlayanların məqsədi 6 ay sonra ilk prototipi hazırlamaq, 3 il sonra isə sinxron tərcüməni həyata keçirməkdir.
Gülxar
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov