• USD 1,7007 0,00% EUR 2,0209 -1,05%
    • GBP 2,2939 -0,19% RUB 0,0292 -0,34%

Azercell-in prezidenti nüfuzlu “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında

  • İKT
  • 17 İyul 2017 18:15
  • 336 Baxış
Azercell-in prezidenti nüfuzlu “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC növbəti beynəlxalq mükafata layiq görülüb. Şirkət “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında milli bazar və beynəlxalq reytinqdə güclü mövqeyinə, müasir idarəetmə texnologiyalarının uğurla həyata keçirilməsinə, personalın yüksək hazırlıq səviyyəsinə və səmərəli marketinq strategiyasına görə mükafatlandırılıb. Azercell-in kommunikasiya xidmətləri üzrə aparıcı provayder kimi mükafatlandırıldığı konfransda şirkətin prezidenti Vahid Mürsəliyev iştirak edərək mükafatı qəbul edib. Avropa Biznes Asambleyası Azercell Telekom MMC-nin gələcəkdə daha da uğurlu və sürətli inkişafına inanaraq, konfransda iştirak etdiyinə görə Vahid Mürsəliyevə öz minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, İsveçrənin Luserne şəhərində keçirilən “Keyfiyyətdə Mükəmməllik” Beynəlxalq Konfransı Avropa Biznes Asambleyası (Birləşmiş Krallıq), Oksford Elmi Birliyi (Birləşmiş Krallıq), Avropa Tibb Assosiasiyası (Belçika) və İsveçrə Keyfiyyət Standartları İnstitutunun (İsveçrə) birgə dəstəyi nəticəsində baş tutan illik tədbirdir. 54 ölkədən 200—dən çox regional biznes, professional və elm nümayəndələri bir araya gəldiyi tədbirdə mütəxəssislər biznesin təkmilləşdirilməsi və müsbət sosial transformasiya istiqamətində bir-biri ilə fikir mübadiləsi aparıblar. Konfransda əsas diqqət 4 sektorda mükəmməlliyin rol modellərinə: şəhərin idarəolunması, korporativ, səhiyyə/tibbi səyahət və təhsilin idarəolunması sahələrinə yönəldilib.

Qeyd edək ki, Azercell dəfələrlə yerli və beynəlxalq qurumlar tərəfindən mükafatlandırılıb. Şirkətin qazandığı beynəlxalq mükafatlar sırasında “Stevie Beynəlxalq Biznes”, “Socialbakers Engage Award”, Socially devoted” və s. kimi nüfuzlu mükafatlar yer alır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>