102 iPhone keçirərkən tutuldular - FOTO
Bizi izləyin

İKT

102 iPhone keçirərkən tutuldular - FOTO

Çində - Honqkonqla Şençjenin sərhəddində paltarının altında 102 iPhone keçirməyə cəhd göstərən qadın saxlanılıb.

Publika.az “Kotaku”ya istinadən bildirir ki, qadının xarici görünüşü gömrük xidməti əməkdaşlarının diqqətini cəlb edib. O, həddən artıq isti paltar geyinib, bədənin yuxarı hissəsi isə "şişirdilmiş" görünürdü. İlkin baxış keçirildikdən sonra şübhəli qadından metalaxtaran qurğudan keçmək xahiş olunub.

Nəticədə, qadının üzərindən 102 iPhone, həmçinin 15 Tissot saatı aşkar edilib. Qaçaqmalın ümumi çəkisi 20 kiloqramdan çox olub. Qadını üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm