Smartfonların köməyi ilə xəstəliklərin diaqnostikası aparılacaq
Bizi izləyin

İKT

Smartfonların köməyi ilə xəstəliklərin diaqnostikası aparılacaq

ABŞ-ın Vaşinqton Universitetinin kompüter texnologiyaları üzrə eksperti Şvetak Patel “Senosis Health” adlı startapını “Google” şirkətinə satıb. Yeni xidmətlə istifadəçilər evdən çıxmadan əsas müayinələrdən keçə biləcəklər.

Publika.az 3dnews.ru saytına istinadla xəbər verir ki, “Senosis” və müasir smartfonlara quraşdırılmış xüsusi sensorların köməyi ilə istifadəçi ağciyərin funksiyasını və hemoqlobinin səviyyəsini müəyyən edə bilər.

Hazırda “Senosis” layihəsi üzərində Ş.Patellə birgə daha on alim işləyir. “Google”un “Senosis Health” startapını əldə etmək üçün ödədiyi məbləğ açıqlanmır.

Qeyd edək ki, Ş.Patel əvvəllər bir neçə startapını “Belkin International” və “Sears” kimi şirkətlərə satıb. 2011-ci ildə dörd alimlə birgə “Senosis Health” xidmətini yaradan alim “dahilər üçün qrant” adlandırılan Mak-Artur təqaüdünü qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm