“Tesla” şirkəti kiçik daşına bilən ev təqdim etdi
Bizi izləyin

İKT

“Tesla” şirkəti kiçik daşına bilən ev təqdim etdi

“Tesla” şirkəti kiçik daşına bilən ev (“Tesla Tiny House”) təqdim edib. Şirkət evi “Model X” avtomobilinə dəstək üçün turun gedişatında nümayiş etdirib.

Publika.az popmech.ru saytına istinadla xəbər verir ki, generasiya, saxlama və bərpa olunan enerjidən istifadə sahəsində tətbiqləri göstərən evdə sistemi nizama salmağa kömək edən xüsusi konfiqurator mövcuddur. İki ton çəkiyə malik “Tesla Tiny House” 100 faiz bərpa olunan enerji ilə qidalanır.

Daşına bilən evin nümayişi Avstraliya üzrə tur çərçivəsində Melburnda reallaşıb.

Qeyd edək ki, bu ölkənin bazarı “Tesla” üçün olduqca əhəmiyyətlidir. Burada evlərin təxminən 15 faizinin damı günəş batareyaları ilə təchiz edilib ki, bu da dünyada ən böyük konsentrasiyadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm